CƏMİYYƏT
Azərbaycanda fevral ayına olan hava proqnozu açıqlanmışdır
Bakı, 31 yanvar (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti 2013-cü ilin fevral ayına olan hava proqnozunu açıqlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qışın son ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı, lakin ikinci ongünlükdə temperaturun normadan bir qədər aşağı enəcəyi, yağıntıların respublika ərazisində qeyri-bərabər paylanması gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur. Birinci ongünlüyün ilk günlərində qeyri-sabit, yağıntılı hava şəraiti üstünlük təşkil edəcəkdir.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 2-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 0-4 dərəcə isti, ikinci ongünlüyün ayrı-ayrı günlərində 1-3 dərəcə şaxta təşkil edəcəyi gözlənilir. Gündüzlər ayın birinci yarısında temperatur 4-9, ikinci ongünlüyün ayrı-ayrı günlərində 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaqdır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 21-24 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr temperatur 4-9, ikinci ongünlüyün ayrı-ayrı günlərində 12-17 dərəcə şaxta təşkil edəcəkdir. Gündüzlər 1-6 dərəcə isti, ikinci ongünlüyün ayrı-ayrı günlərində 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 11-29 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd; Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8, ikinci ongünlüyün ayrı-ayrı günlərində 10-15 dərəcə şaxta təşkil edəcəkdir. Gündüzlər 0-5 dərəcə isti, ikinci ongünlüyün ayrı-ayrı günlərində 1-6 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 25-35 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 2-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, ikinci ongünlüyün ayrı-ayrı günlərində 2-5 dərəcə şaxta təşkil edəcəkdir. Gündüzlər 3-8 dərəcə isti, ikinci ongünlüyün ayrı-ayrı günlərində 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 15-36 mm) olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında orta aylıq temperaturun 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, ikinci ongünlüyün ayrı-ayrı günlərində 6-11 dərəcə şaxta təşkil edəcədir. Gündüzlər 2-6 dərəcə isti, ikinci ongünlüyün ayrı-ayrı günlərində 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 24-55 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında orta aylıq temperaturun 4-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, ikinci ongünlüyün ayrı-ayrı günlərində 0-5 dərəcə şaxta təşkil edəcəkdir. Gündüzlər 5-10 dərəcə isti, ikinci ongünlüyün ayrı-ayrı günlərində 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 21-35 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.
Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarında orta aylıq temperaturun 3-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 1-5 dərəcə isti, ikinci ongünlüyün ayrı-ayrı günlərində 0-2 dərəcə şaxta, dağlarda 7-12 dərəcə şaxta olacağı gözlənilir. Gündüzlər havanın temperaturu 5-10 dərəcə isti, ikinci ongünlüyün ayrı-ayrı günlərində 0-3 dərəcə isti təşkil edəcəkdir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 44-105 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.