Azərbaycanda iki yeni medal təsis ediləcək
Bakı, 20 dekabr, AZƏRTAC
Azərbaycanda daha iki medal təsis olunacaq.
AZƏRTAC xəbər verir ki, parlamentin dekabrın 20-də keçirilən iclasının gündəliyinə bununla bağlı qanun layihəsi daxil edilib.
Qanun layihəsinə əsasən, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanuna iki yeni medalın - “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012-2022)” yubiley medalının və “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” medalının əlavə edilməsi nəzərdə tutulub.
Qanun layihəsində həmin medalların Əsasnamələri təsdiq edilir və bu medalların təsviri və elementləri əks olunur.
Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq təsdiqlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:23]
“Qarabağ Hakatonu 2026” yarışması başa çatıb
- 16.10.2026 [17:17]
AQTA sədrinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib
- 16.10.2026 [17:12]
AQTA: Qəhvəyi mərmər bağacığı ilə mübarizədə əhalinin fəallığı vacibdir
- 16.10.2026 [16:52]
Suraxanıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [16:46]
Məzarsız atanın neftçi oğlu: “Qara qızıl”ın Vətən payı
- 16.10.2026 [16:40]