AZƏRBAYCANDA İLK DƏFƏ GƏNC AİLƏLƏR ARASINDA MÜSABİQƏ KEÇİRİLƏCƏK
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, mayın 14-də “Azərbaycan” mehmanxanasında müsabiqə başlanacaq, fotosərgi açılacaqdır. Mayın 15-də isə Ümumdünya Ailə günü kulinariya, rəqs, musiqi müsabiqələri, intellektual müsabiqə keçiriləcəkdir. Müsabiqənin qalibləri Gənclər, İdman və Turizm Nazirliyinin diplomları və qiymətli hədiyyələri ilə mükafatlandırılacaqlar.