Azərbaycanda ilk dəfə qar voleybolu üzrə ölkə çempionatı keçiriləcək
Bakı, 24 yanvar, AZƏRTAC
Azərbaycanda ilk dəfə qar voleybolu üzrə ölkə çempionatı keçiriləcək.
Voleybol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarış yanvarın 25-26-da Şahdağ Turizm Mərkəzində təşkil olunacaq.
Çempionatda 4️ qadın (“Azərreyl”, “Murov Az Terminal”, “Gəncə”, “U-21”),4 kişi (“Azərreyl”, “Murov Az Terminal”, “Gənclər”, “U-21”) komandası iştirak edəcək. Yarışın ilk günündə oyunlar dairəvi sistem üzrə keçiriləcək. Toplanacaq yekun xallara görə ilk iki pillənin sahibləri çempionluq, 3-cü və 4-cü yeri tutacaq komandalar isə üçüncülük uğrunda oynamaq imkanı qazanacaqlar.
Final və üçüncü yer uğrunda qarşılaşmalar yanvarın 26-da baş tutacaq. Daha sonra qaliblərin mükafatlandırma mərasimi olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [22:42]
“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!
- 02.10.2026 [22:05]
Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib
- 02.10.2026 [21:38]
Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb
- 02.10.2026 [19:30]
Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir
- 02.10.2026 [18:38]
"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib
- 02.10.2026 [18:32]
“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib
- 02.10.2026 [16:47]