Azərbaycanda məişət zorakılığında təqsirləndirilən 622 nəfərin 94 faizini kişilər təşkil edib
Bakı, 6 dekabr, AZƏRTAC
“Məişət zorakılığı cinayətin bir növüdür və dünyanın aparıcı dövlətlərində də baş verir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi Ələsgər Novruzov “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfransın panel müzakirəsində söyləyib.
O, məişət zorakılığı ilə bağlı 622 nəfər təqsirləndirilən şəxs barəsində işlərin öyrənilməsi nəticəsində müəyyən edilmiş nəticələri də açıqlayıb:
“Müəyyən edilib ki, əsasən təqsirləndirilən şəxslər kişilər, zərərçəkmişlər isə qadınlardır. Belə ki, təqsirləndirilən şəxslərdən 94 faizini kişilər (585 nəfər), 6 faizini isə qadınlar təşkil edib”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:31]
Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib
- 06.10.2026 [17:03]