AZƏRBAYCANDA QADINLARDAN İBARƏT OTÜSTÜ XOKKEY KOMANDALARI ARASINDA LİSENZİYA XARAKTERLİ TURNİR KEÇİRİLƏCƏKDİR
Azərbaycan Otüstü Xokkey Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, 2008-ci ilin aprelində ölkəmizdə İspaniya, Ukrayna, Belarus, Keniya və Çili dövlətlərinin qadınlardan ibarət otüstü xokkey yığmaları arasında lisenziya xarakterli turnir keçiriləcəkdir.
Azərbaycan millisinin də qatılacağı bu yarışlarda yalnız bir komanda Pekin Olimpiya Oyunlarında iştirakını təmin edəcəkdir.
2008-ci ildə keçiriləcək Pekin Yay Olimpiya Oyunlarında iştirak edəcək qadınlardan ibarət on iki otüstü xokkey yığmasından 9-u artıq məlumdur.
Xatırladaq ki, sentyabrın 26-da İspaniyanın qadınlardan ibarət otüstü xokkey komandası Bakıya bir həftəlik təlim-məşq toplanışına gələcəkdir. Səfər çərçivəsində yığmalarımız arasında yoldaşlıq görüşlərinin də keçirilməsi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.05.2025 [17:27]
Dünya çempionatı ilə əlaqədar Dənizkənarı Bulvarda "Fan Zona" təşkil olunub
- 15.05.2025 [17:23]
Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarılıb
- 15.05.2025 [16:37]
Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazanıblar
- 15.05.2025 [15:06]
Bakıda “Heydər Əliyev Kuboku-2025” beynəlxalq turnirinə start veriləcək
- 15.05.2025 [13:52]
“Barselona”nın hücumçusu mövsümün qalan hissəsini buraxa bilər
- 15.05.2025 [13:04]