AZƏRBAYCANDA QAFQAZ MARALININMÜHAFİZƏSİ LAYİHƏSİ HƏYATA KEÇİRİLİR
Fondun Azərbaycan nümayəndəliyi direktorunun müavini Elşad Əsgərov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, layihədən məqsəd bu maralların yaşadığı ərazilərin mühafizəsini gücləndirməkdir.
Layihə çərçivəsində aparılmış tədqiqatlar nəticəsində Azərbaycanda maralların sayının 800-ə yaxınlaşdığı müəyyən olunmuşdur.
Ümumiyyətlə, Cənubi Qafqaz regionunda maralların sayı xeyli azalmışdır. Belə ki, Ermənistan ərazisində bu heyvanların kökü tamamilə kəsilmiş, Gürcüstandakı Borjomi Milli Parkında isə nəsli kəsilmək üzrədir.
Ölkəmizdə, fondun vəsaiti hesabına maralların ən çox təsadüf olunduğu Zaqatala qoruğunda mühafizə-patrul sistemi üçün maşınlar və digər texnika alınmış, yegerlərin qaldığı yerlər təmir olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]