Azərbaycanda təqaüd alanların əhatə dairəsi genişlənib
Bakı, 25 iyun, AZƏRTAC
Azərbaycanda təqaüd alan şəxslərin sayı 2020-ci ilin əvvəli ilə müqayisədə 2022-ci ilin sonunda 30 faiz artıb.
Hesablama Palatasından AZƏRTAC-a bildirilib ki, təqaüd alan şəxslərin say göstəricilərinin artmasına bir sıra amillər təsir göstərib.
Həm say göstəricisinin, həm də təqaüd məbləğlərinin artımı müvafiq istiqamət üzrə xərc edilmiş vəsaitin də həcminin artımını təmin edib. Belə ki, 2020-ci illə müqayisədə 2022-ci ildə istiqamət üzrə xərc edilmiş vəsaitin həcmi 66,7 faiz artıb. Başqa sözlə, təqaüdlər üzrə orta hesabla bir nəfərə düşən aylıq məbləğ 2020-ci ildə 94,0 manat, 2022-ci ildə isə 118,8 manat təşkil edib.
Qeyd edək ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə əlaqədar olaraq təqaüdlə təmin olunmuş müharibə veteranlarının sayı 91,5 min nəfərdən 178,4 min nəfərə, şəhid ailələrinin sayı isə 13,5 min nəfərdən 18,2 min nəfərədək artıb. 181 şəxsə isə Vətən Müharibəsi Qəhrəmanı təqaüdü təyin edilib. Həmçinin əmək pensiyaları sahəsi üzrə qanunvericilikdə aparılmış müvafiq dəyişikliklərə görə bəzi kateqoriya imtiyazlı şəxslərə hesablanan əmək pensiyalarının sığorta hissəsinə əlavələrin ləğv edilməsi ilə əlaqədar olaraq yeni təqaüd növləri təsis edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]