AZƏRBAYCANDA ÜMUMDÜNYA DƏNİZ GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİRLƏR KEÇİRİLƏCƏK
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ümumdünya Dəniz günü münasibətilə tədbirlər planı hazırlamışdır. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, tədbirlər ölkəmizin bütün bölgələrini əhatə edəcəkdir. Məsələn, Bakı, Sumqayıt və Neftçala məktəblərində “Bizim Xəzər” mövzusunda lektoriyalar, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə sahilyanı zolaqda iməciliklər keçiriləcək, Orxuss ictimai ekoloji informasiya mərkəzində dəyirmi masa təşkil olunacaqdır.
Xatırladaq ki, Ümumdünya Dəniz günü 1978-ci ildən qeyd olunur. Bundan məqsəd ictimaiyyətin, dövlət təşkilatlarının və özəl qurumlarının diqqətini dənizlərin və onların bioresurslarının qorunub saxlanılması probleminə cəlb etməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]