AZƏRBAYCANI PEKİN YAY OLİMPİYA OYUNLARINDA TƏMSİL EDƏCƏK AĞIRLIQQALDIRMA YIĞMASININ İKİ ÜZVÜNÜN ADI MƏLUMDUR
Ağır atletika üzrə keçirilən “Federasiya kuboku” başa çatmışdır. Turnirin nəticələrinə görə, ölkəmizi olimpiya oyunlarında təmsil edəcək 5 atletin adı açıqlanmalı idi.
Azərbaycan Ağır Atletika Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, Pekin Yay Olimpiya Oyunlarında mübarizə aparacaq Azərbaycan ağırlıqqaldırma yığmasının iki üzvünün adı artıq bəllidir. Bunlar Əfqan Bayramov (69 kq) və Nizami Paşayevdir (94 kq). Hər iki atlet Bakıda keçirilən “Federasiya kuboku”nda qənaətbəxş nəticə göstərdiyindən olimpiya yığmasının heyətinə daxil edilib.
Pekin Olimpiadasına yollanacaq digər üç idmançının adı yaxın bir ayda məlum olacaqdır. Keçiriləcək təlim-məşqlərdə özünü daha çox doğruldan 3 idmançı Pekinə getmək şansına yiyələnəcəkdir.
Qeyd edək ki, ümumilikdə “Federasiya kuboku”nda 120-dən çox atlet qüvvəsini sınamışdır.
Yarışın nəticələrinə görə Akif Alıyev (56 kq), Zülfüqar Süleymanov (62 kq), Əfqan Bayramov (69 kq), Namiq Cəmilov (77 kq), İntiqam Zairov (85 kq), Nizami Paşayev (94 kq), Rövşən Fətullayev (105 kq) və Azər Mustafayev (105 kq-dan yuxarı) qızıl medala sahib olmuşlar.
Yarışda xüsusilə, ikiqat dünya çempionu Nizami Paşayev yaxşı təsir bağışlamışdır. İki illik diskvalifikasiyadan sonra ilk dəfə rəsmi turnirdə qüvvəsini sınayan 27 yaşlı idmançı birdən qaldırmada dünya rekordundan 1 kq artıq çəkinin, yəni 189 kq-ın öhdəsindən gəlmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:27]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [20:16]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]