AZƏRBAYCANIN 14 PAUERLİFTİNQÇİSİ AVROPA ÇEMPİONATINDA QÜVVƏSİNİ SINAYACAQDIR
Azərbaycan Pauerliftinq Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, mayın 11-də Çexiyanın Novi-Bor şəhərində pauerliftinq və benç-press üzrə Avropa çempionatı keçiriləcəkdir. Yarışda ölkəmizi 14 pauerliftinqçi təmsil edəcək.
Pauerliftinqdə Elmir Tanrıverdiyev (60 kq), Yalçın Bağırov (75 kq), Bəxtiyar Quliyev (110 kq) və Rüfət Ağayev (125 kq) qüvvələrini sınayacaqlar. Benç-pressdə isə İlham Allahverdiyev (67,5 kq), Ramin Rzayev, Sərxan Əliyev (hər ikisi 75 kq), Namiq Cəfərov, Bayram Əliyev (hər ikisi 82 kq), Mustafa Əhmədov (90 kq) və İbrahim İbrahimov (100 kq) mübarizə aparacaqlar.
Qeyd edək ki, Rüstəm Musayev (67,5 kq), Vüsal Mərdanov (100 kq), eləcə də qadın idmançımız Rəna Əliyeva (56 kq) hər iki növdə mübarizə aparacaqdır.
Avropa çempionatına mayın 18-də yekun vurulacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]
Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək
- 09.10.2026 [10:32]