AZƏRBAYCANIN BAŞ NAZİRİNİN SƏFƏRİ BAŞA ÇATMIŞDIR
Baş nazir Artur Rasizadə iclasdakı çıxışında, Livandakı vəziyyətlə bağlı müzakirə olunan məsələyə Azərbaycan hökumətinin mövqeyini bildirərək, hərbi əməliyyatlara təcili surətdə son qoyulmasını, BMT-nin Təhlükəsizlik Şurası tərəfindən təxirəsalınmaz addımların atılmasını və dərhal diplomatik məsləhətləşmələrə başlanmasını zəruri hesab etmişdir.
Ölkəmizin də Ermənistan tərəfindən təcavüzə məruz qaldığını söyləyən Artur Rasizadə, beynəlxalq birliyin bu məsələyə laqeydlik göstərdiyini vurğulayaraq, Azərbaycanın bütün münaqişələrin, beynəlxalq hüququn norma və prinsipləri əsasında, dövlətlərin ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirmişdir.
Fövqəladə iclasın yekununda Livana və Fələstinə aid iki bəyannamə qəbul edilmişdir.
Səfər çərçivəsində Baş nazir Artur Rasizadənin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olmuşdur.
Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:15]
Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
- 15.10.2026 [12:44]
Azərbaycan Prezidenti: Bizi müharibəyə Ermənistan məcbur edib
- 15.10.2026 [12:17]