Azərbaycanın basketbol millisi Avropa çempionatının B divizionunda 2-ci qələbəsini qazanıb
Bakı, 28 iyul, AZƏRTAC
Azərbaycanın 18 yaşadək oğlan basketbolçulardan ibarət millisi Xorvatiyanın Riyeka və Opatiya şəhərlərində keçirilən Avropa çempionatının B divizionunda ikinci qələbəsini qazanıb.
Federasiyadan AZƏRTAC-a bildirilib ki, yığma qrup mərhələsində Portuqaliya seçməsi ilə üz-üzə gəlib. İlk hissəni məğlub başa vuran komanda ikinci yarıda geridönüş edərək 52:50 hesabı ilə qalib gəlib.
Qarşılaşmanın ən dəyərli basketbolçusu (MVP) Azərbaycan millisinin üzvü Emanuel Aqbason olub. O, 18 xal və 12 ribaundla yadda qalıb.
Dörd turdan sonra aktivində 2 qələbə və 2 məğlubiyyət olan Azərbaycan millisi qrupda 3-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, yığmamız qrup mərhələsində son oyununu iyulun 29-da Bakı vaxtı ilə saat 20:00-da Çexiya seçməsinə qarşı keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]