Azərbaycanın daha bir güləşçisi ənənəvi turnirdə fəxri kürsüyə qalxıb
Bakı, 27 yanvar, AZƏRTAC
Azərbaycanın daha bir güləşçisi Bolqarıstanın Varna şəhərində keçirilən “Dan Kolov – Nikola Petrov” turnirində fəxri kürsüyə qalxıb.
Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Murad Haqverdiyev (65 kiloqram) ilk mərhələdə bolqarıstanlı Nikola Stefanova tam üstünlüklə qalib gəlib – 10:0. O, təşkilatçı ölkənin digər təmsilçisi Erdal Qalip üzərində də inamlı qələbə qazanıb – 5:1. Haqverdiyev yarımfinalda ukraynalı Erik Aruşanyandan güclü olub – 5:3. Murad finalda daha bir Bolqarıstan güləşçisi ilə üz-üzə gəlib. Səlim Naimlə görüş gərgin mübarizə şəraitində keçib. Son saniyələrdə hesab 2:2 olarkən Haqverdiyevin icra etdiyi fənd əvvəlcə 2 xalla qiymətləndirilib. Ancaq rəqib etiraz hüququndan istifadə edib və “çelenc”ə baxıldıqdan sonra qərar dəyişdirilib və yekun hesab 2:2 olub. Rəqibinə sonuncu xal prinsipinə əsasən məğlub olan Murad ənənəvi yarışda gümüş medalı boynundan asıb.
Beləliklə, Azərbaycanın sərbəst güləşçiləri yarışı 2 gümüş və 1 bürünc medalla başa vurub. Xatırladaq ki, daha öncə Sadiq Mustafazadə (92 kiloqram) gümüş, Ceyhun Allahverdiyev (61 kiloqram) isə bürünc mükafata yiyələnib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2026 [16:11]
“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda
- 08.08.2026 [15:23]
Müxtəlif sahələrdə fəallığı ilə fərqlənən 15 gənc təltif olunub
- 07.08.2026 [23:54]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [19:15]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [17:05]
“Zirə” Namik Ələskərovla yollarını ayırıb
- 07.08.2026 [15:55]
Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV
- 07.08.2026 [15:19]
“Fənərbağça”nın sabiq futbolçusu Superliqa klubuna keçib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]