AZƏRBAYCANIN DÖVLƏT SƏRHƏDİ ETİBARLI MÜHAFİZƏ OLUNUR
Qeyri-leqal miqrasiyaya qarşı mübarizədə saxta sənədlə Pakistanın 2, Qırğızıstan və Türkiyənin 1, başqasına məxsus sənədlə Azərbaycanın 2 vətəndaşı, müvafiq sənədləri olmadığına görə 25 nəfər müxtəlif ölkə vətəndaşı, həmçinin vizalarının olmamasına görə Kamerunun 3, Çinin 2, İranın və Şri-Lankanın 1 vətəndaşı saxlanılmışdır.
Şübhəli şəxs qismində yaxalanan Rusiyanın 3, Azərbaycan və Gürcüstanın 1 vətəndaşı barəsində müvafiq tədbirlər görülmüşdür.
Fevral ayı ərzində 200 ABŞ dollarının, 8940 qutu müxtəlif markalı siqaretin, 150 ədəd peyk teleqəbuledicisinin, tir tüfəngi üçün 2 qutuda 60 min ədəd detonasiya kapsulunun, 60 kiloqram metal qırıntısı, 7 adda 239 ədəd avtomaşın üçün ehtiyat hissələrinin, 20 adda dərman preparatlarının, 56 litr spirtin, 120 kiloqram yuyucu tozunun və 9 baş atın sərhəddən qeyri-qanuni keçirilməsinin qarşısı alınmışdır.