AZƏRBAYCANIN DÖVLƏT SƏRHƏDİ ETİBARLI SURƏTDƏ QORUNUR
Dövlət sərhədinin mühafizəsi zamanı 2 nəfər Rusiya, 1 nəfər Gürcüstan və 1 nəfər Pakistan vətəndaşı saxta sənədlərlə, 2 nəfər Azərbaycan, 2 nəfər Rusiya, 1 nəfər Qırğızıstan və 1 nəfər Özbəkistan vətəndaşı başqasına məxsus sənədlə, 37 nəfər müxtəlif ölkə vətəndaşı isə müvafiq sənədləri olmadığına görə saxlanılmışdır. Həmçinin 4 nəfər İsvec, 4 nəfər Mərakeş, 3 nəfər İran, 3 nəfər Nigeriya, 2 nəfər Sudan, 2 nəfər Almaniya, 2 nəfər Pakistan, 1 nəfər İraq, 1 nəfər Hindistan, 1 nəfər Uqanda, 1 nəfər Böyük Britaniya, 1 nəfər Misir və 1 nəfər Fransa vətəndaşı vizalarının olmamasına görə, 8 nəfər Azərbaycan, 1 nəfər Gürcüstan və 1 nəfər Ermənistan vətəndaşı isə şübhəli şəxs qismində saxlanılaraq barələrində müvafiq tədbirlər görülmüşdür.
Bununla yanaşı, 8 halda dövlət sərhədinin pozulmasının qarşısı alınmış, nəticədə 4 nəfər Gürcüstan, 2 nəfər Azərbaycan və 2 nəfər İran vətəndaşı sərhəd pozucusu qismində tutulmuş, sərhəd rejimi qaydalarını pozduqlarına görə 19 nəfər Azərbaycan vətəndaşı saxlanılmışdır.
Ay ərzində 1470 litr dizel yanacağının, 8100 flakon “Oksitetrasiklin–hidroxlorid” baytarlıq dərman preparatının, 4 ton ərik qurusunun, 84 kiloqram kağız yapışqanının, 247 top parcanın, 17 baş qaramalın, 89 litr spirtli içkilərin və 388 ədəd müxtəlif geyim əşyalarının dövlət sərhədindən qeyri-qanuni keçirilməsinin qarşısı alınmışdır.
Dövlət sərhədinin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.