Azərbaycanın ekologiya sərgisində ilk dəfə Çexiya milli stendi təmsil olunacaq
Bakı, 18 noyabr, Əziz Məmmədov, AZƏRTAC
Xəbər verdiyimiz kimi, noyabrın 19-dan 21-dək “Bakı Ekspo Mərkəzi”ndə “Xəzər: ətraf mühit üçün texnologiyalar” (“CTE-2014”) ətraf mühitin mühafizəsi sahəsində V Beynəlxalq sərgi keçiriləcək. Sərgi Azərbaycan, Böyük Britaniya, Almaniya, Yunanıstan, Danimarka, İtaliya, Rusiya, Serbiya, Türkiyə, İsveç və başqa ölkələrin şirkətlərini bir məkana toplayacaq.
Sərginin meneceri Jalə Məmmədova AZƏRTAC-a eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanın ekologiya sərgisində ilk dəfə Çex Respublikasının stendi təmsil olunacaq. Çex Respublikasının CTE-2012 sərgisində ilk dəfə iştirak etməsinə baxmayaraq, bu ölkəni on şirkət, o cümlədən “ANTARES-AZV LTD”, “PERICULUM”, “VAPO, LTD”, “MAEP, LTD” şirkətləri təmsil edəcək. Debütantlar eroziya təsirinin qarşısını alan materiallar, tikinti xərclərini azaltmağa və materialların köhnəlməsi müddətini uzatmağa imkan verən hidroizolyasiya sistemləri, müxtəlif qazların tüstüsünün emalı sistemləri, vakuum nasosları, asfalt örtüklər üçün kompozit, habelə tullantıların yandırılması sistemləri, paslanmayan poladdan qurğular təqdim edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]