AZƏRBAYCANIN ENERGETİKA SİSTEMİNİN ÖYRƏNİLMƏSİNƏ YEKUN VURULDU
“Azərenerji” SC-nin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, şirkətin marketinq və maliyyə, habelə elektrik enerjisinin istehsalı və nəqli şöbələrinin ekspertləri həmin sahə üzrə illik göstəriciləri ətraflı öyrənmişlər.
Nümayəndə heyətinin vəzifəsi Azərbaycanın energetika sisteminin real vəziyyətini əks etdirmək idi. Bu da Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankının respublikamızla gələcək əməkdaşlığını müəyyənləşdirməsinə kömək edəcəkdir. Nümayəndə heyəti başçısının sözlərinə görə, “Azərenerji” mütəxəssislərinin köməyi sayəsində daha ətraflı məlumat toplamaq mümkün olmuşdur. Bu isə Azərbaycanın energetika sektorunun real vəziyyətini daha dəqiq qiymətləndirməyə imkan verəcəkdir.
Toplanmış məlumatlar Yaponiya şirkəti tərəfindən ətraflı təhlil olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:53]
Azərbaycan-Yunanıstan biznes forumu baş tutub
- 01.10.2026 [12:42]
“Startup School 4” proqramının finalı - “Demo Day” baş tutacaq
- 01.10.2026 [12:33]
Analitiklər: Razılaşma olmasa, neftin qiyməti yüksək həddə qalacaq
- 01.10.2026 [12:30]