AZƏRBAYCANIN ƏQLİ MÜLKİYYƏT SAHƏSİNDƏ ZƏNGİN POTENSİALI VARDIR
Başçılıq etdiyi təşkilatın fəaliyyətindən danışan K.İdris, insan əqlinin inkişafının əhəmiyyətini ən yüksək dəyər və sərvətlərlə müqayisə etmiş, insan əqlinin imkanlarının tükənməz olduğunu diqqətə çatdırmışdır. Qonaq ölkəmizin bir çox sahələrdə, o cümlədən elm, təhsil və digər sahələrdə böyük potensiala malik olduğunu qeyd edərək, Azərbaycan Respublikası ilə ÜƏMT arasında Əməkdaşlıq Proqramının imzalanmasını yüksək qiymətləndirmişdir.
Nazir Elmar Məmmədyarov Azərbaycanda sosial-iqtisadi sahədə əldə olunmuş nailiyyətlər barədə məlumat verərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmamasının bir çox sahələrin, o cümlədən təhsil sahəsinin inkişafına mənfi təsir göstərdiyini həmsöhbətinin diqqətinə çatdırmışdır. Bu münaqişə nəticəsində Azərbaycanın 20 faiz torpaqlarının işğal olunduğunu, 1 milyona qədər insanın qaçqın və məcburi köçkünə çevrildiyini vurğulayan nazir Elmar Məmmədyarov, problemin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar barədə qonaqlara ətraflı məlumar vermişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunmuşdur.