AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜ DANIŞIQLAR MÖVZUSU DEYİL
Prezident demişdir: Hazırda danışıqlar davam edir və Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur və olmayacaqdır. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və heç vaxt olmayacaqdır. Məsələ yalnız və yalnız beynəlxalq hüquq normaları əsasında öz həllini tapmalıdır və Azərbaycan bu mövqedən bir addım da geriyə çəkilməyəcəkdir. Gələcək illərdə Azərbaycanın ərazi bütövlüyü məsələsində heç bir güzəşt olmayacaqdır. Heç bir qərar qəbul edilməyəcək ki, nə bu gün, nə sabah, nə də yüz ildən sonra imkan yaratsın ki, Dağlıq Qarabağ Azərbaycandan ayrılsın.