Azərbaycanın futbol mütəxəssisləri Avropa çempionatını izləyirlər
Bakı, 13 iyun, AZƏRTAC
AFFA-nın təşkilatçılığı ilə Slovakiyada UEFA Pro kursunun 2-ci mərhələsi keçirilir.
Milli assosiasiyadan AZƏRTAC-a verilən məlumata görə, tədbirin təşkilində məqsəd Slovakiyada baş tutan 21 yaşadək milli komandalar arasında Avropa çempionatının final mərhələsinin oyunlarından analiz və müzakirələrin aparılmasıdır.
Təlimatçılar Aslan Kərimov, Osman Rəhimov, Arif Əsədov və Ramin Quliyevin rəhbərliyi ilə keçirilən kursa 10 iştirakçı qatılıb. Bunlar Elnur Çodarov, Fərid Namazov, Elman Sultanov, Çudomir Çakarov, Rüstəm Məmmədov, Vaqif Cavadov, Rəşad Abdullayev, Aqil Nəbiyev, Aleksandr Qross və Zamir Həsənovdur.
Qeyd edək ki, Slovakiyanın Bratislava, Trnava, Nitra və Dunayska Streda şəhərlərində təşkil olunan Avropa çempionatı iyunun 28-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [23:08]
Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb
- 27.09.2026 [21:18]
Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]