Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın ictimai və elm xadimi, görkəmli pedaqoq - akademik Zərifə Əliyeva

Azərbaycanın ictimai və elm xadimi, görkəmli pedaqoq - akademik Zərifə Əliyeva

Bakı, 12 aprel, AZƏRTAC

Bəşər tarixində mövcud olan millətlər, dövlətlər, xalqlar arasında xeyirxahlıq, vətənpərvərlik, tolerantlıq nümunəsi kimi tanınan Azərbaycan xalqının bu keyfiyyətlərini ənənəvi olaraq onun xeyirxah övladları yaşadır, yaxşılığa doğru inkişaf etdirərək gələcək nəsillərə çatdırır. Belə nadir incilərdən, vətənin başını daim ucaldanlardan, geniş dünyagörüşünə malik övladlardan biri də görkəmli ictimai və elm xadimi, istedadlı həkim və müəllim, əvəzsiz ziyalı akademik Zərifə Əziz qızı Əliyevadır. Çoxsaylı mükəmməl elmi əsərləri, vətənpərvərlik və insansevərlik xüsusiyyətləri, misli görünməmiş peşəkarlıq qabiliyyəti ilə bəşərilik zirvəsinə yüksələn Zərifə xanımın aliliyindən söz açanda həm də onu yetişdirən ailənin - Əziz Əliyev və Leyli xanım aliliyinin ucalığı, eyni zamanda onun şərəflə yaşanan mənalı həyatının ayrılmaz hissəsi olan ömür-gün yoldaşı, dahi Heydər Əliyev böyüklüyü göz önünə gəlir.

Bu barədə Azərbaycan Tibb Universitetinin professoru, Əməkdar müəllim Mübariz Allahverdiyevin AZƏRTAC-a ünvanlandığı məqaləsində deyilir. Məqaləni oxucularımıza təqdim edirik.

“Mənim dünyaşöhrətli alim, məşhur ictimai xadim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanı ilk dəfə gördüyüm və ilk dəfə şəfqətli, xeyirxah bir göz həkimi, nəcib, təvazökar, yüksək erudisiyaya malik ana məhəbbətli, ana sevgili bir pedaqoq kimi tanıdığım illər XX əsrin 60-cı illərinin əvvəllərinə təsadüf edir. Həmin illərdə mən N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun tələbəsi idim və bizim qrupun tələbələri ilə göz xəstəlikləri üzrə aparılan dərslər Filarmoniya binasının yaxınlığındakı Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun bazasında fəaliyyət göstərən Azərbaycan Dövlət Tibb İnstitutunun Göz xəstəlikləri kafedrasında keçirilirdi. Bizim qrupa kafedranın dosenti, həkim-oftalmoloq Ləzifə xanım Əliyeva rəhbərlik edirdi. Ləzifə xanım dərslərini həmin binanın alt mərtəbəsindəki darısqal otaqda aparırdı. O, ilk praktik dərsi plakatlar üzərində izah etdikdən sonra bizə dedi ki, mən Zərifə xanımdan xahiş etmişəm, hər dəfə sizin dərsin ikinci yarısını onun otağında keçəcəyik. Sakit qulaq asarsınız, Zərifə xanım öz xəstələrini sizə nümayiş etdirəcək və göz xəstəlikləri haqqında ətraflı izahatlar verəcək.

Təbii ki, biz o vaxtlar Zərifə xanımın kim olduğundan xəbərsiz idik. Biz onun otağına daxil olanda Zərifə xanım xəstəsini müayinə edirdi. O, bizimlə gülərüzlə, nəzakətlə salamlaşdı və qrup nümayəndəsi olduğuma görə adımı soruşdu. Həmin gün həyatımızda ilk dəfə biz xəstənin görmə orqanına aparatla baxa bildik. Zərifə xanım gözün qişaları və nüvələrinin - şüasındırıcı mühitinin adi baxışda görünməyən hissələrini xəstə üzərində əyani olaraq nümayiş etdirdi və onların funksional anatomiyası haqqında sadə dildə lakonik məlumatlar verdi, tapşırdı ki, görmə orqanının anatomik quruluşunu yaxşı öyrənin ki, xəstəliklərini danışanda aydın başa düşə biləsiniz. Biz otaqdan çıxana yaxın Zərifə xanım anatomiya müəllimimizin kim olduğu ilə maraqlandı, dedim ki, dosent Əlizadə Bikəxanım olub. “Gözəl müəllimdir! - o, bizə də müharibə illərində dərs deyib”, - dedi.

Sonralar bizə məlum oldu ki, Zərifə xanım Tibb İnstitutunun yox, Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun (hazırda akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi) baş elmi işçisidir. Həm də sonralar eşitdik ki, Zərifə xanımla Ləzifə xanım görkəmli dövlət və elm xadimi, Əməkdar həkim, professor Əziz Əliyevin övladlarıdır. Bu minvalla dərslərimiz semestrin sonuna qədər Zərifə xanımın iş otağında onun iştirakı ilə davam etdi.

Sonralar, yəni 1970-cı ildən sonrakı illərdə dərk etdik ki, 60-cı illərin əvvəllərində dünyanın ən məşhur pedaqoqlarından, dünyaşöhrətli alim oftalmoloqlarından olan akademik Zərifə xanım Əliyevadan dərsalma xoşbəxtliyi nəsibimiz olubmuş. İllər keçdikcə bu xoşbəxtliklərin şirinliklərini daha çox duyduq, daha yaxşı hiss etməyə başladıq. Mən hazırda mülayim və təmkinli bir rahatlıqla hiss edirəm ki, qrupumuzun tələbələri ötən əsrin 60-cı illərində qrup müəllimimiz unudulmaz dosent Ləzifə xanımın sayəsində, onun zərurətdən doğan vasitəçiliyi ilə akademik Zərifə xanımın müqəddəs nəfəsi ilə isinən otaqda onun xəstələri ilə müayinə və müalicəetmə tərzini əyani olaraq görmüş, ideal tərzin ayrı-ayrı nüanslarından lazımi qədər bəhrələnmiş, görkəmli Azərbaycan aliminin həkim-xəstə münasibətlərindəki, müəllim-tələbə ünsiyyətindəki etik gözəlliklərin, dərsliklərdə yazılmamış etik təmasların normativlərnin canlı şahidi olmuş, onları əxz edə, mənimsəyə bilmişik. Mən bir də ona görə şadam ki, tələbəlik illərində akademik Zərifə xanım Əliyeva, Ləzifə xanım Əliyeva kimi, Bikəxanım Əlizadə kimi müqəddəs sandığımız müəllimlərimizə hələ 1966-cı ilin iyun ayının sonlarında Filarmoniyanın yay salonunda keçirilən ATU-nu bitirmiş tələbələrin buraxılış tədbirində tədris işləri üzrə prorektor Maqsud Əlizadənin həmin gün çıxış üçün mənə verdiyi fürsətdən istifadə edərək tələbələr adından dərin minnətdarlığımızı bildirə bilmişəm. Mən hələ o vaxtlar buraxılış günündə bir tələbə kimi gələcəyin akademiki, dünyaşöhrətli alimi Zərifə xanım Əliyevanın ideal müəllimlik və həkimlik istedadının, insani keyfiyyətlərinin böyüklüyünü hiss edərək, ona öz kiçik tələbə minnətdarlığımı bildirə bilməyimə görə indi də fəxarət hissləri keçirirəm.

Zərifə xanım universal bir şəxsiyyət, həm də sözün həqiqi mənasında ən böyük pedaqoq idi. O, pedaqoqluq zirvəsini fəth edərək bütün həkimlərin, tibb təhsili alan tələbələrin, həkimlik peşəsini tələbələrə öyrədən müəllimlərin stolüstü kitabına çevrilən “Yüksək əqidə” kitabını yazıb, oxucuların ixtiyarına vermişdi. Bu kitab akademik Zərifə Əliyeva təxəyyülünün, pedaqoqluğunun, ümumilikdə dünya pedaqogika elminin əlçatmaz zirvə nöqtəsidir. O, dünyanın istənilən ən məşhur pedaqoqu ilə bir sırada, hətta onlardan da yüksəkdə dayanmağa layiq olan ən uca titullu bir pedaqoqdur. Bu, Zərifə xanıma Allah tərəfindən göndərilən müqəddəs bir vergidir, desək yanılmarıq.

Azərbaycan Tibb Universitetinin dünyaşöhrətli məzunu akademik Zərifə Əliyevanın “Yüksək əqidə” (həkimlik etikası, həkimin ürəyinin və fikirlərinin paklığı) kitabının motivlərinin dünya tibb elmində, dünya ədəbiyyatında əks-səda doğurması onun həkimlik etikası normativlərinin rəmzi ifadəsinə çevrilib.

Zərifə xanım 1976-cı ildə Moskvada dünyanın ən məşhur alim-oftalmoloqları tərəfindən yüksək qiymətləndirilən doktorluq dissertasiyası işini müdafiə etdikdən sonra atası Əziz Əliyevin adını daşıyan Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasının professoru və müdiri vəzifələrində çalışaraq, ali təhsil almış həkimlərə dərs demiş, pedaqoqluğun əlçatmaz zirvəsini yenidən fəth etmişdir. Elə həmin illərdə akademik Zərifə Əliyeva həyata keçirdiyi irihəcmli elmi-tədqiqat işlərinin yekunlarına və pedaqoqluq fəaliyyətinin mükəmməlliyinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdü.

Akademik Zərifə Əziz qızı Əliyevanın doğum gününün 100 illik yubileyi xalqımız və dövlətimiz tərəfindən təntənə ilə qeyd edilir. Bəşər tarixində minlərlə belə 100 illiklər keçəcək, qüdrətli Zərifə Əliyeva yubileylərinin təntənəsi Azərbaycan xalqı tərəfindən, onun qədirbilən pərəstişkarları və davamçıları tərəfindən eyni ahənglə, eyni məhəbbətlə daim qeyd ediləcək.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva dahilik zirvəsində qərar tutan doğmalarının bütün gözəllik əlamətlərini özündə cəmləşdirərək özü də eyni səviyyəyə yüksəldi, əbədiləşdi, ölməzliyə qovuşdu və hazırda da malik olduğu ecazkar xüsusiyyətlərini, zəngin irsini Azərbaycan gəncliyinin sonrakı nəsillərinə ötürməkdə, özünün alim, müəllim və ictimai xadim böyüklüyü, vətənpərvərlik, xeyirxahlıq və sülhsevərlik missiyaları ilə, əsl Azərbaycan anası, əsl türk xanımı qeyrəti və qüdrəti ilə hər kəsə örnək olmaqda davam edir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: Yalnız texniki imkanlar itkin düşmüş şəxslər məsələsini həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO