Azərbaycanın iki boksçusu dünya çempionatının yarımfinalında döyüşəcək
Bakı, 11 sentyabr, AZƏRTAC
İngiltərənin Liverpul şəhərində keçirilən boks üzrə dünya çempionatında bütün yarımfinalçıların adlarına aydınlıq gəlib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan millisinin heyətində Alfonso Dominqesin ardınca Səidcəmşid Cəfərov (75 kiloqram) da 1/4 final mərhələsini qələbə ilə başa vurub.
Boksçumuz yarımfinala gedən yolda Pavlo İlliuşa (Ukrayna) ilə qarşılaşıb. Cəfərov rəqibi üzərində 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28) hesablı qələbə qazanıb. Bu qələbə sayəsində Səidcəmşid özü üçün azı bürünc medalı da təmin edib.
O, yarımfinalda özbəkistanlı Fazliddin Erkinboyevlə döyüşəcək. Görüş sentyabrın 12-də keçiriləcək. Həmin gün Alfonso Dominqesin rəqibi isə braziliyalı Santos Ribeyro Filyo olacaq.
Qeyd edək ki, dünya çempionatında bu gün istirahətdir. Mundiala sentyabrın 14-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]
Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir
- 12.06.2026 [15:36]
“Gəncə” heyətini yeni voleybolçu ilə gücləndirib
- 12.06.2026 [15:23]