Azərbaycanın iki cüdoçusu Böyük Dəbilqə turnirində finala vəsiqə qazanıb
Bakı, 23 sentyabr, AZƏRTAC
Azərbaycanın iki cüdoçusu Bakıda keçirilən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Böyük Dəbilqə turnirində finala yüksəlib.
AZƏRTAC xəbər verir ki, yarışın ikinci günündə 73 kiloqram çəki dərəcəsində çıxış edən Hidayət Heydərov və 81 kiloqram çəkidə mübarizə aparan Zelim Tçkayev həlledici görüşə vəsiqə qazanıblar.
H.Heydərov yarımfinalda özbəkistanlı Şakram Əhədova, Z.Tçkayev isə özbəkistanlı Nurbek Murtozoevə qalib gəlib.
Finalda Hidayət Heydərov moldovalı Petru Pelivanla, Zelim Tçkayev isə Avstraliyanı təmsil edən Şamil Borçaşvili ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan cüdoçuları Böyük Dəbilqə turnirinin ilk günündə iki medal əldə ediblər. Yaşar Nəcəfov (66 kiloqram) qızıl, Leyla Əliyeva (48 kiloqram) gümüş mükafata layiq görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [14:09]
Çimərlik güləşi üzrə millinin baş məşqçisi Vyetnamda təlim keçib
- 08.06.2026 [12:19]
AMADA-nın yeni Strategiya layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb
- 08.06.2026 [11:45]
Premyer Liqanın yeni iştirakçısı “Şəfa” ilk transferini reallaşdırıb
- 08.06.2026 [11:39]
Stend atıcılığı üzrə ölkə kuboku başa çatıb
- 08.06.2026 [10:56]
Azərbaycanın stolüstü tennisçisi İsveçdə bürünc medal qazanıb
- 08.06.2026 [10:29]
Bakıda beynəlxalq tennis turnirinə yekun vurulub
- 08.06.2026 [10:27]