Azərbaycanın iki paragüllə atıcısı dünya çempionatına lisenziya qazanıb
Bakı, 1 sentyabr, AZƏRTAC
Azərbaycanın paragüllə atıcıları Kamran Zeynalov və Aybəniz Babayeva dünya çempionatına lisenziya qazanıblar.
Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, onlar buna Serbiyanın Novi Sad şəhərində keçirilən Beynəlxalq Qran-Pridə uğurlu çıxış etmələri ilə nail olublar.
10 metr məsafədən atəş açmada (P1) K.Zeynalov qızıl medal qazanıb, 50 metr məsafədə (P4) isə 4-cü yeri tutub. “Paris-2024” Yay Paralimpiya Oyunlarının iştirakçısı olan Aybəniz Babayeva isə yarışı müvafiq olaraq, 4-cü və 8-ci pillələrdə başa vurub.
Qeyd edək ki, dünya çempionatı 2026-cı ilin 3-14 sentyabr tarixlərində Cənubi Koreyanın Çhanvon şəhərində keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:28]
Saatlıda gənclərin kompüter savadlılığının artırılması müzakirə olunub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]