Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarında 10-cu qızıl medalı
Bakı, 13 may, AZƏRTAC
Mayın 13-də cüdoçularımız IV İslam Həmrəyliyi Oyunlarında özlərinin altıncı, Azərbaycan milli komandasının isə 10-cu qızıl medalını qazanıblar.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın “Bakı-2017”də 10-cu qızıl medalı Heydər Əliyev adına İdman Sarayında keçirilən paracüdoçu yarışında əldə edilib.
“Bakı-2017”də 70 kiloqram çəki dərəcəsində paracüdoçuların yarışının finalında Azərbaycanın iki idmançısı - Ramilə Kaştayeva və Turanə Ağayeva üz-üzə gəliblər.
Azarkeşlərin maraqla izlədikləri oyunda ipponla qələbə qazanan R.Kaştayeva IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.