Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Bolnisi rayonundakı Etno-muzeyi ziyarət edib
Tbilisi, 8 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Gürcüstana səfəri çərçivəsində azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Bolnisi rayonundakı Etno-muzeyi ziyarət edib.
AZƏRTAC xəbər verir ki, Gürcüstan Dövlət Muzeyinin direktoru David Lordkipanidze muzeyin tarixi, müxtəlif millətlərin milli mədəniyyət nümunələrinin qorunduğu bölmələr barədə nazirə ətraflı məlumat verib.
Muzeyi gəzərək eksponatlarla tanış olan nazir Anar Kərimov Azərbaycanın milli mədəniyyət nümunələrinin saxlanıldığı guşəyə baxıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi