Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü ilə əlaqədar Riqanın reklam lövhələrində təbliğat materialları yerləşdirilib
Riqa, 18 oktyabr, AZƏRTAC
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümü ilə əlaqədar Latviyanın paytaxtı Riqa şəhərinin bir çox məkanlarındakı elektron reklam lövhələrində təbliğat materialları yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, bu aksiya Latviyada fəaliyyət göstərən “Azəri” gənclər təşkilatının sədri Amil Səlimovun təşəbbüsü ilə təşkil olunub.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa