AZƏRBAYCANIN NÜMAYƏNDƏSİ AVROPA ŞURASININ İDMAN ÜZRƏ GENİŞLƏNDİRİLMİŞ HİSSƏVİ SAZİŞİNİN İCLASINDA İŞTİRAK EDƏCƏKDİR
Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, qurumun beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov Avropa Şurasının İdman üzrə Genişləndirilmiş Hissəvi Sazişin (EPAS) İdarəedici Şurasının 2-ci iclasında iştirak etmək üçün aprelin 21-22-də Strasburqa səfər edəcəkdir.
Azərbaycan bu saziş çərçivəsində Avropa Şurası ilə sıx əməkdaşlıq edir. Sazişin təsisçilərindən biri olan Azərbaycan ona ilk qoşulan on altı ölkədən biridir. Ötən illər ərzində saziş idman sahəsində beynəlxalq əməkdaşlıq üçün səmərəli vasitə olduğunu göstərmiş və hazırda sənədə 24 ölkə qoşulmuşdur. Cari ilin sonuna qədər bu ölkələrin sayının 30-a çatacağı gözlənilir.
İ.Mədətov EPAS-ın əsas orqanı olan İdarəedici Şuranın bürosunun beş üzvündən biridir. Bununla əlaqədar, o həm EPAS-ın İdarəedici Şurasının iclaslarında, həm də Şuranın Bürosunun iclaslarında iştirak edir.
Tədbirdə 2009-cu il üçün fəaliyyət istiqamətləri, idmana məsul nazirlərin dekabrda keçiriləcək 11-ci konfransına hazırlıq, idmanda rasizm və diskriminasiya və digər məsələlər müzakirə olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [20:40]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [18:30]
Serbiyanın idman naziri Azərbaycana gəlib
- 08.06.2026 [18:28]
Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm
- 08.06.2026 [18:06]
“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib
- 08.06.2026 [18:03]
Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq
- 08.06.2026 [17:31]
“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq
- 08.06.2026 [17:15]