AZƏRBAYCANIN OMANDA AKKREDİTƏ OLUNMUŞ SƏFİRİ ÖLKƏNİN RƏSMİ ŞƏXSLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Ölkəmizin Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, səmimi dostluq və mehribanlıq şəraitində keçən görüşlərdə səfir E.Araslı Azərbaycan-Oman münasibətlərinin inkişafında əməkdaşlığa görə Oman rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Görüşlərdə E.Araslının Azərbaycanı Omanda yüksək səviyyədə təmsil etdiyi, ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin genişlənməsindəki rolu vurğulanmışdır.
İki qardaş ölkəni maraqlandıran mövzulara dair fikir mübadiləsinin aparıldığı görüşlərdə İslam Konfransı Təşkilatına üzv dövlətlərin xarici işlər nazirlərinin iyunda Bakıda keçiriləcək 33-cü konfransına hazırlıq məsələləri müzakirə edilmişdir.