Azərbaycanın qadın cüdoçuları Avropa çempionatına qələbə ilə başlayıblar
Tbilisi, 16 aprel, AZƏRTAC
Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında Avropa çempionatı start götürüb.
AZƏRTAC xəbər verir ki, ilk yarış günündə Azərbaycanın dörd qadın idmançısı mübarizəyə qoşulub. Onların hər biri növbəti mərhələyə yüksəlib.
Şəfəq Həmidova (48 kiloqram) Erza Muminoviçi (Kosovo), Könül Əliyeva (48 kiloqram) Amber Gersyesi (Niderland), Gültac Məmmədəliyeva (52 kiloqram) Karla Tavares Fernandeşi (Lüksemburq) üstələyərək 1/8 finala vəsiqə qazanıb.
Leyla Əliyeva (52 kiloqram) isə 1/16 finaldakı rəqibi Nikola Nişaviç (Serbiya) tatamiyə çıxmadığı üçün növbəti raunda adlayıb.
Bu gün, həmçinin Balabəy Ağayev (60 kiloqram), Əhməd Yusifov (60 kiloqram) və Turan Bayramov (66 kiloqram) mübarizəyə qoşulacaqlar.
Qeyd edək ki, aprelin 19-dək davam edəcək mötəbər turnirdə 46 ölkədən 400 idmançı qüvvəsini sınayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]