AZƏRBAYCANIN QADIN GÜLƏŞÇİLƏRİ BEYNƏLXALQ TURNİRDƏ İŞTİRAK EDƏCƏKLƏR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın sərbəst güləş üzrə qadınlardan ibarət yığma komandası mayın 1-də Odessada start götürəcək beynəlxalq turnirə qatılacaqlar.
Turnirdə ölkəmizi Mariya Stadnik (48 kq), Alyona Komarova (55 kq), Olesya Zamula (63 kq), Mariya Kaçina və Dina İvanova (hər ikisi 72 kq) qoruyacaqlar.
Digər qadın güləşçimiz Zümrüd Qurbanhacıyeva (72 kq) mayın 16-17-də Kanadanın Edmonton şəhərində keçiriləcək 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli I təsnifat turnirində iştirak edəcəkdir.
Qeyd edək ki, indiyədək qadın güləşçilərimiz Pekin Olimpiadasına dörd mümkün çəkidən üçündə vəsiqə qazanmışdır. Yalnız 72 kiloqram çəki dərəcəsində lisenziyamız yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]
Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək
- 09.10.2026 [10:32]