Azərbaycanın qadın voleybolçuları Tacikistan komandasına tam üstünlüklə qalib gəldi
Bakı, 13 may, P.Rəhimova A.İsmayılova, AZƏRTAC
Mayın 13-də - IV İslam Həmrəyliyi Oyunlarının voleybol yarışının üçüncü günündə qadınların mübarizəsində Azərbaycan və Tacikistan komandaları qarşılaşıblar.
AZƏRTAC xəbər verir ki, “Baku Crystal Hall”da keçirilən görüşdə gözəl oyun nümayiş etdirən Azərbaycan voleybolçuları hər üç setdə böyük hesabla qələbə qazanıblar - 25:9, 25:7, 25:10.
Voleybol yarışında günün sonuncu qarşılaşması Azərbaycanın və Türkiyənin kişi idmançıları üz-üzə gələcəklər.