AZƏRBAYCANIN RUSİYADAKI SƏFİRLİYİ PREZİDENT SEÇKİLƏRİNƏ HAZIRLAŞIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, ölkəmizin Moskvadakı səfirliyi Rusiya Federasiyası ərazisində Azərbaycan prezidenti seçkilərinə hazırlaşır.
Səfirlikdən bildirmişlər ki, burada seçkilərə hazırlığa, Azərbaycan vətəndaşlarının yaşadıqları və müvəqqəti qaldıqları ölkədə seçki hüquqlarının həyata keçirilməsi üçün seçki məntəqələrinin yaradılmasına həsr edilmiş yığıncaq keçirilmişdir. Səfirlik 6 nəfərdən ibarət məntəqə seçki komissiyasının yaradılması ilə bağlı təkliflərini, habelə konsul qeydiyyatında olan Azərbaycan vətəndaşlarının siyahısını hazırlamışdır. Həmin siyahı genişləndirilə də bilər. Seçkilər günü Moskvada olan Azərbaycan vətəndaşları müəyyən edilmiş qaydada səs verə bilərlər. Səfirlikdə bir seçki məntəqəsinin fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur. Lakin vətəndaşlarımızın sayı nəzərə alınmaqla, ikinci məntəqənin təşkili, habelə paytaxtda və Moskva vilayətində azərbaycanlıların sıx yaşadıqları yerlərə getmək imkanı da istisna edilmir.
Sankt-Peterburqda da seçki məntəqələri açılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.05.2026 [17:40]
Azərbaycan və Slovakiya parlamentləri arasında Anlaşma Memorandumu imzalanıb
- 13.05.2026 [15:38]
Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edib
- 13.05.2026 [13:53]
Azərbaycanın gənc diplomatları NATO mənzil-qərargahında
- 13.05.2026 [13:12]