AZƏRBAYCANIN RUSİYADAKI SƏFİRLİYİNDƏ OPERATİV QƏRARGAH YARADILMIŞDIR
Səfir Polad Bülbüloğlunun tapşırığı ilə səfirlikdə operativ qərargah yaradılmışdır. Qərargahda uçot aparılacaq, axtarış işləri nəzarətdə saxlanacaq, faciə yerindəki vəziyyət və həmvətənlərimizn taleyi ilə bağlı cari məlumatlar toplanacaqdır.
Səfirliyin müşaviri B.Zeynalov və konsulluq xidmətinin rəhbəri C.Hüseynov hadisə yerində olmuşlar. Onlar Rusiya Fövqəladə Hallar Nazirliyinin və Moskva hökumətinin yaratdığı operativ qərargahın rəhbərliyi ilə daim əlaqə saxlayırlar. Səfirliyin əməkdaşlarına daim RF THN-in və Moskva hökumətinin operativ qərargahında olmaq barədə tapşırıq verilmişdir.
Səfirliyin bir sıra əməkdaşları zərər çəkmiş həmvətənlərimzin aparıldığı tibb müəssisələrinə göndərilmişlər.
Ən son məlumata görə, uçqunlar altından 49 nəfərin cəsədləri çıxarılmışdır.