AZƏRBAYCANIN STOLÜSTÜ TENNİS ÜZRƏ YİĞMASININ RƏQİBLƏRİ BOLQARISTAN VƏ ÇERNOQORİYA KOMANDALARIDIR
Baki, 13 iyul (AZƏRTAC). Praqada Azərbaycan idmançılarının iştirakı ilə yeniyetmələr arasında stolüstü tennis üzrə Avropa çempionatı davam edir.
Kişilərin komanda yarışında ölkəmizi Rüstəm Əliyev və Orxan Qurbanov təmsil edirlər. İlk qrup mərhələsində tennisçilərimiz “N” qrupuna düşmüşdülər. Burada onların rəqibləri Polşa, Bosniya və Herseqovina, Ermənistan, Gürcüstan yığmaları idi. Ermənistan çempionatda iştirakdan imtina etdiyi üçün Azərbaycan yığmasına texniki qələbə verilmişdi. Sonra idmançılarımız Polşa tennisçilərinə məğlub olsalar da, gürcülər üzərində qələbə qazanıb qrup mərhələsində üçüncü yeri tutmuş və çıxışlarını “O” qrupunda davam etdirmişlər. Burada onlar İrlandiya və Kosovo komandaları ilə yarışmalı oldular. Bu qrupda komandamız İrlandiya yığmasına 1:3 hesabı ilə məğlub olmuş, kosovoluları 3:0 hesabı ilə udmuşlar.
Qadınların komanda yarışında ölkəmizi Səbinə Əhmədova və Suqra Talıbova təmsil edirlər. Onlar da ilk qrup mərhələsində üçüncü yerlə kifayətlənmişdilər. Qızlarımız Türkiyə və Sloveniyaya məğlub olmuş, Norveç komandası üzərində 3:1 hesabı ilə qələbə qazanmışdılar. İkinci qrup mərhələsində onlar Gernsey komandasına qalib gəlib çernoqoriyalılara uduzmuşlar. Bu gün isə finləri məğlubiyyətə uğratmışlar.
Kişi komandamız 33-36-cı yerlər uğrunda mübarizə aparırlar. Onlar Bolqarıstan, qadın komandamız isə Çernoqoriya tennisçiləri ilə yarışacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]