Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda iştirak edəcəklər
Bakı, 12 mart, AZƏRTAC
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda iştirak edəcəklər.
Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yığma Türkiyədə keçiriləcək “Avropa Gənclər Seriyası” turnirində mübarizə aparacaq.
Türkiyənin Nevşehir şəhərində təşkil olunan yarışda məşqçilər Ramil Cəfərov və Elnur Hidayətzadənin rəhbərliyi ilə Tunar Bağırov, Uğur Nəzərli, Şəbnəm Mansurova və Xədicə Eylazova 15 yaşadək, Onur Quluzadə, Şakir Qədirov, Yağmur Məmmədli, Banu Baytallı isə 13 yaşadək idmançılar arasında bacarıqlarını göstərəcəklər.
Beynəlxalq dərəcəli hakimlər Zaur Mikayılovla Xəyalə Qiyasova turnirin oyunlarını idarə edəcək.
Qeyd edək ki, yarış martın 13-17-də baş tutacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]
İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]