İDMAN
Azərbaycanın U-17 komandası maltalı həmyaşıdları ilə yoldaşlıq görüşündə heç-heçə edib
Bakı, 25 mart, AZƏRTAC
Maltada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoldaşlıq oyunu keçirib.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, Maltanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Millimizin heyətində Əşrəf Ələkbərli və Dinamin Bağırov fərqləniblər.
Rəqib komanda 62-ci dəqiqədə qapımıza təyin olunan penaltini istifadə edə bilməyib. Millimizin qapıçısı Sadiq Məmmədzadə 11 metrlik cərimə zərbəsindən vurulan topu qaytarıb.
Komandalar arasında növbəti görüş martın 28-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2024 [15:10]
Toni Kroos karyerasını başa vuracağını açıqlayıb
- 21.05.2024 [14:51]
Qubada bilyard turniri keçirilib
- 21.05.2024 [13:57]
Avropa çempionatı: Azərbaycanın 3 güləşçisi yarımfinala vəsiqə qazanıb
- 21.05.2024 [13:39]
Azərbaycan millisinin yoldaşlıq oyunlarına hakim təyinatları açıqlanıb
- 21.05.2024 [13:10]
Dünya futbolunda ən uzun penaltilər seriyası qeydə alınıb
- 21.05.2024 [12:22]
Azərbaycanın stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcəklər
- 21.05.2024 [11:50]