Azərbaycanın U-19 komandası Belarus yığmasına qalib gəlib
Bakı, 14 mart, AZƏRTAC
Futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Bakı Olimpiya Stadionunda Belarusun müvafiq yaş qrupuna aid komandası ilə yoldaşlıq oyunu keçirib.
AZƏRTAC xəbər verir ki, qarşılaşma 1:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.
Oyundakı yeganə qolu 87-ci dəqiqədə Aysun Əliyeva penalti zərbəsindən vurub.