Azərbaycanın U-19 millisinin sonuncu rəqibi müəyyənləşib
Bakı, 26 yanvar, AZƏRTAC
On doqquz yaşadək futzalçılardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının əsas mərhələsindəki sonuncu rəqibi müəyyənləşib.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, ilkin seçmə mərhələnin oyunlarında ardıcıl 3 qələbə qazanan Kipr yığması “B” qrupunun qalibi olub və əsas mərhələdə çıxış etmək hüququ qazanıb.
Qeyd edək ki, yığmamız Sloveniya, Hollandiya və Kiprlə birgə ikinci qrupda yer alıb. Bu qrupun oyunları martın 26-dan 31-dək Sloveniyada təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [19:08]
Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib
- 09.06.2026 [18:40]
Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub
- 09.06.2026 [18:13]
Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub
- 09.06.2026 [17:47]
DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR
- 09.06.2026 [17:16]
Mahir Emreli karyerasının ən çətin oyununu açıqlayıb
- 09.06.2026 [16:35]