Azərbaycanın üç güləşçisi Avropa çempionu olub
Bakı, 13 aprel, AZƏRTAC
Azərbaycanın üç yunan-Roma güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, Nihat Məmmədli (60 kiloqram) finalda serbiyalı Georgi Tibilovu, Həsrət Cəfərov (67 kiloqram) bolqarıstanlı Əbu Müslim Amayevi, Qurban Qurbanov (67 kiloqram) isə macarıstanlı Erik Silvassini məğlub edib.
Bununla da Q.Qurbanov ilk, N.Məmmədli ikinci, H.Cəfərov üçüncü dəfə Avropa çempionu adına sahib çıxıb.
Ülvi Qənizadə (72 kiloqram) isə üçüncü yer uğrunda görüşdə Aleksandr Liavonçikə qalib gələrək bürünc mükafatla kifayətlənib.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilər 1 qızıl, 1 gümüş və 4 bürünc, yunan-Roma güləşçiləri isə 1 gümüş və 1 bürünc medal qazanıblar. Qadınların yarışında isə Jalə Əliyeva (57 kiloqram) bürünc mükafata yiyələnib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:37]