Azərbaycanın uğurlarının dünyada daha geniş təbliği çox önəmlidir
Bakı, 5 fevral, Ülviyyə Məmmədli, AZƏRTAC
“Biz Azərbaycanın dostları olaraq bu ölkənin uğurlarının ABŞ-da və bütün dünyada daha geniş təbliği üçün əlimizdən gələni etməliyik. Bu, çox önəmlidir. Xüsusilə də Azərbaycanın İsraillə münasibətlərinin dərinliyi, ABŞ üçün nə dərəcədə önəmli olması, müasir və dünyəvi ölkə kimi nümunəviliyi, Avropanın enerji təhlükəsizliyində önəmli rol oynaması daha çox təbliğ edilməlidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harris jurnalistlərə müsahibəsində söyləyib.
Devid Harris Azərbaycanın həm ABŞ-ın strateji maraqlarından irəli gələrək, həm bir tolerantlıq modeli olaraq, həm də qarşılıqlı hörmət nümunəsi göstərən bir ölkə kimi dəyərini yüksək qiymətləndirdiklərini bildirib. O, Azərbaycan ilə İsrail, eləcə də dünyadakı yəhudi icmaları arasında yaxşı münasibətlərin olduğunu və bu münasibətlərin getdikcə daha da dərinləşdiyini diqqətə çatdırıb.
Xocalı soyqırımına münasibət bildirən icraçı direktor deyib: “Ailәsi Holokost qurbanı olmuş bir şəxs kimi düşünürəm ki, belə faciələrin bir daha baş verməməsi üçün dövlәtlәr, dini rəhbərlər, bütün xoş niyyətli insanlar səylərini əsirgəməməlidirlər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [23:11]
Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib
- 27.09.2026 [19:19]
Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib
- 27.09.2026 [18:54]
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb
- 27.09.2026 [17:50]