AZƏRBAYCANIN UKRAYNALI DOSTUNU TƏBRİK ETMİŞLƏR
Azərbaycanın Ukraynadakı səfirliyində AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, iyunun 30-da səfir Tələt Əliyev Ukraynanın xalq deputatı, Ali Radanın Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyəti başçısının müavini, Azərbaycanın səmimi dostu Anatoli Raxanski ilə görüşmüş və onu 65 illiyi münasibətilə təbrik etmişdir.
Diplomatımız yubilyara həmçinin Milli Məclisin sədri Murtuz Ələsgərovun təbrikini də yetirmişdir.
A.Raxanski təbriklər üçün minnətdarlığını bildirərək demişdir ki, xalqlarımız arasında dostluq və qardaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi üçün bundan sonra da əlindən gələni əsirgəməyəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:24]
Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO
- 02.10.2026 [19:15]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB
- 02.10.2026 [17:30]
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]