Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın Xalq şairi Nəriman Həsənzadə-90: ziyalı ömrü, ağsaqqal örnəyi

Azərbaycanın Xalq şairi Nəriman Həsənzadə-90: ziyalı ömrü, ağsaqqal örnəyi

Bakı, 22 fevral, AZƏRTAC

Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi, Respublika Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Nəriman Həsənzadə artıq 90-cı pilləsinə qədəm qoyduğu şərəfli ömrünün müdriklik məqamını yaşayır. İctimai və yaradıcılıq fəaliyyətinin hər bir addımı ali vətənpərvərlik ruhu, Azərbaycana yüksək xidmət nümunələri ilə zəngin olan bu qayğıkeş insanın parlaq əməlləri, saf düşüncələri, dövlətçilik əqidəsi, xalqa bağlılığı onun ziyalı ömründən, ağsaqqal örnəyindən xəbər verir. Sadəlik, təvazökarlıq, dürüstlük, mərdlik kimi səciyyəvi cizgiləri xarakterində cəmləyən Nəriman Həsənzadə yaşının bu müdriklik çağında da yorulmadan, gənclik enerjisi ilə çalışır, üzərinə düşən vəzifələri layiqincə həyata keçirir.

Azərbaycan Ağsaqqallar Şurasından AZƏRTAC-a bildiriblər ki, bu fikirlər “Azərbaycanın Xalq şairi Nəriman Həsənzadə-90: ziyalı ömrü, ağsaqqal örnəyi” sərlövhəli məqalədə yer alıb.

Bildirilib ki, hər zaman xalqımızın yanında olan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun möhtəşəm Zəfər çaldığı 44 günlük Vətən müharibəsi dövründə də ürəyi qəhrəman əsgər və zabitlərimizlə birgə döyünən Nəriman Həsənzadə onlara şeirlər həsr etdi, “Qarabağ Azərbaycandır, Qarabağnaməm İlhamdır!” adlı yeni pyes ərsəyə gətirdi. Hazırda həmin pyes əsasında tamaşa hazırlanır. Fədakar əməyi dövlətimiz tərəfindən hər zaman yüksək dəyərləndirilən Xalq şairini bir neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev növbəti dəfə mükafatlandırdı, onu 90 illik yubileyi münasibətilə təbrik edərək mədəniyyətimizin inkişafında xüsusi xidmətlərinə, uzunmüddətli səmərəli fəaliyyətinə görə respublikamızın ali dövlət mükafatlarından olan “İstiqlal” ordeni ilə təltif etdi.

Çox zəngin və mənalı həyat yolu keçən Nəriman Əliməmməd oğlu Həsənzadə 1931-ci il fevral ayının 18-də Qazax rayonunun Poylu stansiyasında (indiki Ağstafa rayonu ərazisi) anadan olub. 1949-1953-cü illərdə indiki Gəncə Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini, 1957-1961-ci illərdə isə Moskvada Ədəbiyyat İnstitutunu bitirərək iki ali təhsil alıb. 1962-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin “Azərbaycan ədəbiyyatı tarixi” kafedrasının aspirantı olub, “Azərbaycan - Ukrayna ədəbi əlaqələri” mövzusunda dissertasiya müdafiə edərək elmlər namizədi alimlik dərəcəsinə layiq görülüb.

1962-ci ildən etibarən Respublika Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, sonralar “Uşaq və Gənclər ədəbiyyatı nəşriyyatı”nda redaktor, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında şöbə müdiri, “Ədəbiyyat və incəsənət” qəzetində baş redaktor vəzifələrində çalışmışdır. Yazıçılar İttifaqı partiya təşkilatının katibi və SSRİ Yazıçıları Ədəbiyyat Fondu Azərbaycan bölməsinin direktoru olub. Nəriman Həsənzadə 1991-2001-ci illərdə Mətbuat və informasiya nazirinin birinci müavini vəzifəsində çalışıb, Mətbuat və informasiya nazirini əvəz edib.

1954-cü ildə Azərbaycan Yazıçılar İttifaqının, sonralar isə İdarə Heyətinin üzvü seçilən Nəriman Həsənzadə 1991-1995-ci illərdə Azərbaycanın Xalq deputatı olub. Hazırda Milli Aviasiya Akademiyasında “Dil və Humanitar fənlər” kafedrasının müdiri işləyir. Professordur. 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə akademiki seçilib. Əməkdar incəsənət xadimi, Xalq şairidir. Nəriman Həsənzadə Azərbaycan Respublikasının “Şöhrət” , “Şərəf” və “İstiqlal” ordenlərinə, “Heydər Əliyev adına mükafat”a layiq görülmüşdür. Fərdi prezident təqaüdçüsüdür.

Əsərləri keçmiş SSRİ və bir çox xarici ölkə xalqlarının (ingilis, fransız, alman, fars, italyan, çex, hind, ərəb, xorvat və s.) dillərinə tərcümə edilib. Epik-dramatik əsərlər müəllifi kimi də tanınan Nəriman Həsənzadənin “Zümrüd quşu”, “Nəriman”, “Kimin sualı var?” poemaları rus dilində də nəşr olunub. “Pompeyin Qafqaza yürüşü” əsəri İtaliyada ayrıca kitab şəklində çap olunub. 2004-cü ildə onun “Atabəylər” pyesi əsasında hazırlanan tamaşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Mehriban xanım Əliyeva iştirak etmişlər. Onun 100-dən artıq şeirinə musiqi bəstələnib.

Nəriman Həsənzadənin 58 adda bədii və “Tariximiz, taleyimiz” adlı irihəcmli elmi-ədəbi-tənqidi məqalələr kitabı, o cümlədən 2004-cü ildə “Seçilmiş əsərləri” dövlət tərəfindən latın qrafikası ilə kütləvi tirajla nəşr edilmiş, seçilmiş əsərlərinin 7 cildliyi (2010-2012) buraxılıb.

Bu gün Respublika Ağsaqqallar Şurasının sıralarında Nəriman Həsənzadə kimi nüfuzlu bir ziyalının, müdrik ağsaqqalın olması, onun təşkilatın İdarə Heyətinin üzvü olaraq fəaliyyət göstərməsi hamımız üçün böyük fəxrdir və biz ümid edirik ki, Azərbaycanın daha da inkişaf etməsi və çiçəklənməsi naminə onunla hələ uzun müddət çiyin-çiyinə çalışacağıq.

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri adından Şuranın sədri, professor Eldar Quliyev Xalq şairini təbrik edib.

Təbrikdə deyilir: “Sizi - poeziyamızın inkişafında əvəzsiz xidmətləri olan böyük şair və dramaturqu, Azərbaycan ziyalısının ən gözəl xüsusiyyətlərini özündə cəmləşdirən, mehriban, qayğıkeş və yüksək mənəviyyata malik müdrik ağsaqqalı 90 illik əlamətdar yubileyiniz və mədəniyyətimizin inkişafında xüsusi xidmətlərinizə, uzunmüddətli səmərəli fəaliyyətinizə görə “İstiqlal” ordeni ilə təltif olunmağınız münasibətilə Respublika Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, Sizə Tanrıdan uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Siz bu gün şərəf və vicdanla yaşadığınız ömrünüzün hər birimizə doğma olan Nəriman Həsənzadə zirvəsindəsiniz. Azərbaycan ədəbiyyatının canlı əfsanəsi, poeziyamızın müdrik ağsaqqalı olaraq respublikamızda ədəbi prosesin inkişafına böyük töhfələr vermisiniz. Azərbaycan dövlətçiliyinə sadiq bir şəxs kimi hər zaman ulu öndər Heydər Əliyevin işıqlı yolunu və bu yolu qətiyyətlə davam etdirən Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləmisiniz.

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü olaraq bu gün də müdrik bir ağsaqqal kimi respublikamızın ictimai-siyasi həyatında yaxından iştirakınızla vətənpərvər, mübariz gənc nəslin yetişməsində əhəmiyyətli rol oynayır, dinamik inkişaf edən ölkəmizin gələcəyi naminə var qüvvənizi, bilik və bacarığınızı əsirgəmirsiniz. Sizin şərəfli və məhsuldar ömür yolunuz, mənəvi saflığınız və vətəndaş böyüklüyünüz cəmiyyətimiz üçün bir nümunə məktəbidir. Bu gün xalqımız xoşbəxtdir ki, onun hər zaman Azərbaycan sevgisi ilə yaşayan Nəriman Həsənzadə kimi zəngin və şərəfli həyat yoluna, yüksək intellektə, tükənməz enerjiyə malik vətənpərvər ziyalısı, müdrik ağsaqqalı var”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: Yalnız texniki imkanlar itkin düşmüş şəxslər məsələsini həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO