AZƏRBAYCANIN XARİCDƏ 37 SƏFİRLİYİ FƏALİYYƏT GÖSTƏRİR
AZƏRTAC xəbər verir ki, bu günə qədər 160 ölkə Azərbaycan Respublikası ilə diplomatik əlaqə qurmuşdur. Bakıda iqamətgahı olan 30 səfirlik, 2 baş konsulluq, beynəlxalq təşkilatların 12 nümayəndəliyi, 7 fəxri konsulluq fəaliyyət göstərir. İqamətgahları digər şəhərlərdə olan 43 diplomatik nümayəndəliyin rəhbərləri də Azərbaycanda akkreditə edilmişdir.
Xarici işlər naziri Elmar Məmmədyarovun sözlərinə görə, hazırda Azərbaycanın xaricdə 37 səfirliyi, beynəlxalq təşkilatlar yanında 4 nümayəndəliyi, 5 baş konsulluğu, 1 konsulluğu, 2 fəxri konsulluğu fəaliyyət göstərir. Onlardan 20-si 2004–2006-cı illərdə fəaliyyətə başlamışdır. Hazırda Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqlarında 278 diplomat çalışır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:19]
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək
- 15.10.2026 [16:13]