SİYASƏT
Azərbaycanın xarici işlər naziri Fransanın Avropa Məsələləri üzrə dövlət naziri ilə görüşüb
Paris, 8 sentyabr, AZƏRTAC
Xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfəri çərçivəsində Fransa Respublikasının Avropa Məsələləri üzrə dövlət naziri Harlem Desir ilə görüşüb.
Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair substantiv danışıqlar prosesinin mövcud vəziyyəti barəsində ətraflı fikir mübadiləsi aparılıb. Tərəflər münaqişənin həlli üzrə aparılan danışıqlar prosesinin daha da sürətləndirilməsinin vacibliyini qeyd ediblər.
Elmar Məmmədyarov münaqişənin tezliklə həllinə nail olmaq üçün Azərbaycanın daim substantiv və nəticə yönümlü danışıqların tərəfdarı olduğunu vurğulayıb.
Görüşdə Azərbaycan və Fransa arasında siyasi, iqtisadi və mədəni əlaqələrin davamlı şəkildə inkişafından məmnunluq ifadə olunub.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris