Azərbaycanın xarici işlər naziri İndoneziyada Demokratiya Forumunda iştirak edəcəkdir
Bakı, 6 noyabr (AZƏRTAC). Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 7-8-də İndoneziyada keçiriləcək Demokratiya Forumunda iştirak etmək üçün bu ölkəyə yola düşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilmişdir ki, hər il keçirilən Demokratiya Forumunun builki mövzusu “Plüralist cəmiyyətdə demokratiyanın gücləndirilməsi”dir.
Demokratiya Forumu 2008-ci ildən İndoneziyanın təşəbbüsü ilə keçirilir. Forumun məqsədi bərabərlik, qarşılıqlı anlaşma prinsiplərinə hörmət əsasında dialoq və qabaqcıl təcrübənin bölüşdürülməsi vasitəsilə sülh və demokratiya sahəsində regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]