Azərbaycanın xarici işlər naziri Krakovda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək
Bakı, 23 yanvar, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 27-də Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək. Bu barədə razılıq Elmar Məmmədyarovun yanvarın 23-də Minsk qrupunun Fransadan olan həmsədri Pyer Andryö ilə görüşündə əldə olunub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi, ATƏT-in Minsk qrupunun fəaliyyət planı və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]