Azərbaycanın xarici işlər naziri Moskvaya səfərə yola düşüb
Bakı, 24 yanvar, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya tərəfinin təşəbbüsü əsasında Moskvaya işgüzar səfərə yola düşüb. Səfərin tarixi Rusiya tərəfi ilə əvvəlcədən razılaşdırılıb.
Bu barədə AZƏRTAC-a XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
Qeyd edib ki, Moskvaya səfər çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Rusiya xarici işlər naziri Serqey Lavrov ilə görüşəcək. Görüşdə prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində aparılmış danışıqlar əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri müzakirə olunacaq.
Xatırladaq ki, bundan əvvəl Ermənistanın xarici işlər naziri yanvarın 19-da Moskvada səfərdə olub və Rusiyanın xarici işlər naziri Serqey Lavrov ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesini müzakirə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [13:46]
Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib
- 12.10.2026 [11:47]