Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın yol polisi sistemində islahatlar davamlı prosesə çevrilmişdir

Bakı, 21 iyun (AZƏRTAC). Son illərdə Daxili İşlər Nazirliyinin bütün orqanlarında olduğu kimi, dövlət yol polisi sistemində də islahatlar davamlı prosesə çevrilmişdir. Bu strukturda xidməti fəaliyyətin təkmilləşdirilməsi və modernləşdirilməsi, uğur göstəricilərinin dinamik artımı ictimaiyyətin daim diqqət mərkəzindədir. Çünki əhalinin gündəlik həyatında əhəmiyyətli yer tutan bir qurumda baş verən müsbət dəyişikliklər polis-vətəndaş münasibətlərinin daha da yaxşılaşmasına və möhkəmlənməsinə mühüm töhfədir.

Azərbaycan polisinin yaranmasının 95-ci ildönümü günündə - 2013-cü il iyulun 2-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Heydər Əliyev Mərkəzinin açılış mərasimində Prezident İlham Əliyev demişdir: “Mən çox şadam ki, Azərbaycanda polis orqanlarında islahatlar uğurla gedir, peşəkarlıq artır”.

Dövlətimizin başçısının dediyi kimi, polis orqanlarında islahatlar gedir. Daxili işlər orqanlarının tərkib hissəsi olan yol polisində də böyük islahatlar aparılmışdır. Hazırda bu iş uğurla davam etdirilir.

Ölkəmizdə daim dövlət yol-patrul xidmətinə diqqət və qayğı göstərilir. Buna misal olaraq yol polisinin əməkdaşlarının sosial problemlərinin həllinin daim nəzarətdə saxlanmasını, müvafiq fərmanla cərimələrdən toplanmış maliyyə vəsaitinin 25 faizinin onların aylıq vəzifə maaşlarına əlavə edilməsini göstərmək olar. Bundan əlavə, yol polisi əməkdaşlarının istifadəsinə yüksək texniki göstəricilərə malik, ən müasir avtomobillərin verilməsini də qeyd etmək lazımdır. Respublikanın əsas yollarında, o cümlədən paytaxtın küçə və prospektlərində quraşdırılan radarlar da bu islahatların bir hissəsidir.

Respublikamız müstəqilliyini bərpa etdikdən sonra digər sahələrdə olduğu kimi, bu sahədə də ciddi dəyişikliklər edilmiş, ilk növbədə əməkdaşların iş şəraiti yaxşılaşdırılmışdır. Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) normativ sənədləri yenidən işlənilmiş, bütün xidmət sahələri üzrə günün tələblərinə uyğun təlimatlar hazırlanmış və təsdiqlənmişdir. Yol hərəkətinin təşkilində və təhlükəsizliyinin təmin edilməsində müasir texniki vasitələrdən istifadə olunmağa başlanılmışdır.

Ümumiyyətlə, daxili işlər orqanlarının inkişafı ümummilli lider Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur. Ulu öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə daxili işlər orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsini, şəxsi heyətin peşəkarlığının artırılmasını daim diqqət mərkəzində saxlamışdır. Ulu Öndərin bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Müasir şəraitdə respublikamızda yol hərəkətinin təhlükəsizliyi, müxtəlif nəqliyyat vasitələrinin xidmətlərindən istifadə edən insanların həyat və sağlamlığının qorunması dövləti vəzifə kimi qarşıda durur. Müstəqil ölkəmizdə yol hərəkəti sahəsində hüquqi normativ bazanın yaradılması və onun beynəlxalq standartlara uyğunlaşdırılması prosesi yüksələn xətlə gedir. Bu baxımdan 1998-ci ilin iyulundan qüvvəyə minmiş Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanunu çox mühüm sənəddir. Bu sənəddə yol hərəkəti iştirakçılarının hüquq və vəzifələri geniş əksini tapmaqla yanaşı, yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi sahəsində beynəlxalq hüquq normalarının tələblərinə cavab verən müddəalar geniş yer almışdır. Eyni zamanda, qanunun müvafiq tələblərinin, yol hərəkəti qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 13-cü və 14-cü fəsillərində əksini tapmış məsuliyyət küçə və yollarda təhlükəsiz hərəkətin təmin edilməsi üçün profilaktiki tədbirlərin keçirilməsinin hüquqi əsasını təmin edir.

Ölkəmizdə yol hərəkəti sahəsində hüquqi normaların təkmilləşdirilməsi davamlı xarakter almışdır. Bu işdə beynəlxalq təcrübə diqqətlə öyrənilir. Respublikamız 1997-ci ildə “Yol hərəkəti haqqında” 1969-cu il Vyana Konvensiyasına, 2000-ci ildə “Təhlükəli yüklərin beynəlxalq daşımalarının Avropa Sazişi”nə, “Sürücülük hüququndan məhrum olunmaların qarşılıqlı tanınması barədə” 1976-cı il Avropa Konvensiyasına qoşulmuşdur.

Yol hərəkətinin təhlükəsizliyinin təmin olunması bir çox amillərdən asılıdır. Küçə və yollarda nəqliyyat vasitələrinin və piyadaların fasiləsiz və rahat hərəkətinin təşkilində avtomatlaşdırılmış müasir texniki nizamlama və nəzarət cihazlarının tətbiqi çox mühüm əhəmiyyət kəsb edir. Bununla bağlı Prezident İlham Əliyev demişdir: “Polisin texniki təminatı da yüksək səviyyədə həll edilir. Bu məsələ daim diqqət mərkəzindədir. Yeni texniki vasitələrdən istifadə, deyə bilərəm ki, profilaktika məsələlərini də uğurla həll etməyə imkan verir. Şəhərimizin müxtəlif yerlərində quraşdırıImış təhlükəsizlik kameraları öz müsbət rolunu oynayır, həm profilaktika nöqteyi-nəzərdən, eyni zamanda, cinayətlərin açılması üçün onların çox böyük faydası vardır...”

Bu gün respublikamızda yüz minlərlə nəqliyyat vasitəsi istismar olunur. Diqqətə çatdırmaq yerinə düşər ki, Prezident İlham Əliyev tərəfindən vətəndaşlarımızın həyat səviyyəsinin yüksəldilməsi ilə bağlı görülən uğurlu tədbirlərin məntiqi nəticəsi olaraq, təkcə son 5 ildə respublikamıza 417 mindən çox avtomobil gətirilmişdir. Hazırda ölkə üzrə orta hesabla hər 8 nəfərə bir avtomobil düşür və qeydiyyatda olan nəqliyyat vasitələrinin ümumi sayı 1 milyon 245 mini ötmüşdür. Nəqliyyat vasitələrinin sayının ildən-ilə artdığı bir şəraitdə yolların əsaslı təmir olunması, genişləndirilməsi, yol hərəkətinin nümunəvi təşkili və hərəkət iştirakçıları tərəfindən qaydalara əməl edilməsi hərəkətin təhlükəsizliyinin təmin olunmasının mühüm amilidir.

Bu gün ölkəmizdə Baş Dövlət Yol Polisi İdarəsi hərəkətin təhlükəsizliyinin təmin olunmasında mühüm funksiyalar həyata keçirir, şəxsi heyət bu yöndə qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlir.

Qeyd etmək yerinə düşər ki, Daxili İşlər Nazirliyinin kollegiya qərarlarının, əmr və göstərişlərinin tələblərini, habelə iş planlarını rəhbər tutaraq Baş Dövlət Yol Polisi İdarəsi və onun yerlərdəki bölmələri tərəfindən 2013-cü ildə respublikada yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması və xidməti intizamın möhkəmləndirilməsi istiqamətində bir sıra təşkilati və profilaktik tədbirlər həyata keçirilmişdir.

Respublikada və onun ayrı-ayrı bölgələrində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində görülmüş işlər ümumiləşdirilərək kompleks təhlil olunmuş, hərəkətin təhlükəsizliyinin təmini sahəsində görülən işlərin vəziyyətinə dair hesabatlar dinlənilmişdir.

Dövlət yol polisi xidmətində fəaliyyətin müasir tələblərə uyğun qurulması üzrə görülən işlər gündəlik nəzarətdə saxlanılmaqla idarəçilik və təşkilatçılıq işinin yaxşılaşdırılması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə əlavə zəruri tədbirlər görülmüş, qanunçuluğun, insan hüquq və azadlıqlarının aliliyi prinsiplərinə, xidməti, icra və uçot-qeydiyyat intizamına riayət edilməsinə tələbkarlıq daha da artırılmışdır.

Ölkə ərazisində yol-nəqliyyat hadisələrinin qarşısının alınması, hərəkət iştirakçılarının intizamının möhkəmləndirilməsi, eləcə də uşaq yol-nəqliyyat zədələnmələrinin qarşısının alınması, piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə “Yollarda həmrəy olaq, təhlükədən uzaq olaq!”, “Diqqət uşaqlar” devizi altında təhlükəsizlik aylıqları keçirilmişdir.

Dövlətimizin başçısının 2007-ci il 28 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın icrası ilə əlaqədar tədbirlər davam etdirilmiş, hüquq pozmalarla bağlı müraciətlərə və şikayətlərə baxılması işi təkmilləşdirilmiş, vətəndaşlara birbaşa baş idarənin rəhbərliyinə müraciət etmək imkanları yaradılmışdır. İctimaiyyətlə əlaqələr genişləndirilmiş, dövlət yol polisinin fəaliyyətini əks etdirən internet səhifəsi müntəzəm olaraq xidmətə dair məlumatlarla təchiz olunmuşdur. Xidməti fəaliyyətlə bağlı tətbiq edilən cərimə, rüsum və vergilərin yığılması işi də təkmilləşdirilmiş və bu sahədə şəffaflıq artırılmışdır.

Aparılan hərtərəfli islahatlar hərəkətin təhlükəsizliyinin təmin edilməsi və yol hərəkətinə nəzarət funksiyalarını yerinə yetirən dövlət yol polisi xidmətindən də yan keçməmişdir. Yol hərəkəti ilə bağlı normativ-hüquqi bazanın təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılmış, bir sıra inzibati xətalara görə tənbehlərin sərtləşdirilməsi, korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində vətəndaşlarla ünsiyyətin minimuma endirilməsi ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunmuşdur. Ekoloji təhlükəsizlik məsələlərinə dair standartların qəbulu üçün müvafiq Dövlət Agentliyi ilə qarşılıqlı əlaqədə zəruri tədbirlər görülmüşdür. Atmosferin avtomobillərin zərərli təsirindən qorunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə hər il “Təmiz hava aylıq”ları da keçirilir. Son beş ildə 40 mindən çox avtomobilin mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarının normadan artıq olması aşkarlanaraq hüquqi və fiziki şəxslər barəsində inzibati tənbeh tədbirləri tətbiq edilmişdir.

Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində başlıca amillərdən olan sürücülərin və hərəkətin digər iştirakçılarının intizamının gücləndirilməsi üzrə profilaktik tədbirlərlə təkcə 2013-cü ildə 1 milyon 429 min 781, o cümlədən nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi ilə bağlı 10 min 424, sürət həddinin aşılması üzrə 299 min 368, ötmə qaydalarının pozulması ilə əlaqədar 28 min 699, sərnişindaşıma qaydalarının pozulması ilə bağlı 4727 inzibati xəta müəyyən olunmuş, 100 mindən çox piyada barəsində protokol tərtib edilmişdir. Aşkarlanmış qayda pozuntularının sayı əvvəlki illə müqayisədə 408 min 659 fakt çox olmuşdur.

Hadisələrin baş verməsinə bilavasitə təsir göstərən avtomobillərin yüksək sürətlə idarə olunmasına qarşı mübarizənin gücləndirilməsi barədə kollegiya qərarlarına, Daxili İşlər Nazirliyinin göstəriş və tapşırıqlarına müvafiq olaraq oxşar xətalar, əvvəlki ilə nisbətən 2013-cü ildə 2,2 dəfə çox aşkarlanmış və nəticədə bu səbəbdən baş verən qəzalar 30 faizədək azalmışdır.

Baş idarənin əməkdaşları tərəfindən ötən il ərzində hüquqi və fiziki şəxslərə məxsus olan nəqliyyat vasitələrinin qeydiyyatı, təkrar qeydiyyatı, qeydiyyatdan çıxarılması, sürücülük vəsiqələrinin verilməsi üzrə vətəndaşların, idarə, müəssisə və təşkilatların nümayəndələrinin qəbulu aparılmışdır.

Nəqliyyatın sayının təxminən 10 faizədək artmasına baxmayaraq, ümumilikdə, il ərzində yol-nəqliyyat hadisələrinin profilaktikası sahəsində həyata keçirilmiş tədbirlər nəticəsində 2012-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin, onların nəticəsində həlak olan və yaralananların sayında azalma qeydə alınmışdır.

Baş Dövlət Yol Polisi İdarəsi Daxili İşlər Nazirliyinin kollegiya qərarlarını, əmr və göstərişlərini rəhbər tutaraq hərəkətin təhlükəsizliyinin təmin olunması və ictimai asayişin qorunması sahəsində tədbirlərini davam etdirir.

Respublikada nəqliyyat vasitələrinin sayının sürətlə artması hərəkətin intensivliyinin yüksəlməsi ilə nəticələndiyindən baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması, xüsusilə də piyadaların yol hərəkəti ilə bağlı həyat və sağlamlığının qorunması sahəsində əlavə tədbirlərin görülməsinə zərurət yaranır. Bununla əlaqədar olaraq piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması, hərəkət iştirakçıları, xüsusilə də piyadalar arasında intizamın möhkəmləndirilməsi məqsədilə Daxili İşlər Nazirliyinin müvafiq əmrinə uyğun olaraq 2014-cü il mayın 5-dən 11-dək respublika ərazisində “Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəsi keçirilmişdir. Bir həftə ərzində xidməti ərazilərdə piyadaların vurulması ilə nəticələn yol-nəqliyyat hadisələrinin səbəbləri araşdırılaraq konkret profilaktiki tədbirlər görülmüş, piyadaların yol hərəkəti qaydalarını pozmasının qarşısı almaq məqsədilə müntəzəm reydlər keçirilmişdir.

Bir sözlə, son illərdə dövlət yol polisi strukturlarında davamlı və ardıcıl olaraq həyata keçirilən islahatlar yüksək səviyyədədir. Birmənalı şəkildə demək olar ki, indi Daxili İşlər Nazirliyində, o cümlədən dövlət yol polisi xidmətində aparılan islahatlar dövlət yol polisi əməkdaşlarına hərəkətin təhlükəsizliyinin təmini kimi son dərəcə vacib vəzifənin öhdəsindən layiqincə gəlməyə imkan verir.

Məhərrəm İbrahimov

AZƏRTAC-ın müxbiri

 Yazı Baş Dövlət Yol Polisi İdarəsinin, Azərbaycan Mətbuat Şurasının və “Polisə Dəstək” İctimai Birliyinin “Yol polisi, təhlükəsiz yollarımız” mövzusunda birgə keçirdikləri müsabiqəyə təqdim edilir

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı